ABŞ Türkmənistanda Budda heykəlinin bərpasına qrant ayırıb
ABŞ Türkmənistanda sovet dövründə aşkar edilmiş Budda heykəlinin bərpası üçün qrant ayırıb.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Neytralnıy Turkmenistan” nəşri məlumat verib.
Gildən hazırlanmış heykəlin bərpası Los-Ancelesdə həyata keçiriləcək. Bərpa prosesində Türkmənistanın muzey işçiləri də təlim keçəcək.
ABŞ və Avropa ölkələrinin müsəlman dünyasında arxeoloji fəaliyyətlərə xüsusi diqqət yetirmələri və bu sahəni tam nəzarətə almaq cəhdləri ekspertlər tərəfindən heç də birmənalı qarşılanmır.
Müsəlman xalqlara qarşı siyasi və mədəni nüfuz eləcə də milli və etnik zəmində təfriqə və ədavətə zəmin yaratmaq bu kimi fəaliyyətlərin məqsədləri sırasında durur.
Öz planlarının icrası istiqamətində müsəlman ölkələrdə siyasi və mədəni fəaliyyətlərlə məşğul olan fondlara qrant ayıran qərb qurumları bu ölkələr üçün istənilən tarixi aşılamaq üçün də xüsusi canfəşanlıq nümayiş etdirməkdədir.