İyul 11, 2022 10:51 Asia/Baku
  • Prezidentin evindən 50 min dollar nağd pul aşkar edilib

Kolomboda Şri-Lankanın ölkədən qaçan prezidenti Qotabai Radcapaksının evini ələ keçirən etirazçılar orada 17, 8 milyon rupi (49, 1 min dollar) aşkar edib. Bütün vəsaitlər polisə təhvil verilib.

SəhərAzəri-nin məlumatına əsasən,, bu barədə özünün "Twitter" səhifəsində yerli "Qotaqouqama" etirazçı hərəkatın saytı məlumat verib.

"Dünən etirazçılar Fort rayonunun polis bölməsi rəisinə prezidentin evindən tapılan 17.850.000 rupi vəsaiti təhvil verib", - hərəkatın nümayəndələri yazıb.

Öncədən xəbər verildiyi kimi, iyulun 9-da Şri-Lankanın qeyri-rəsmi paytaxtı olan Kolomboda etirazçılar polis barrikadalarını yararaq ölkə prezidenti Qotabai Radcapaksının iqamətgahına soxulub.  

Prezident vaxtında təxliyə edilib, KİV-lərin məlumatına görə, Şri-Lankanı təyyarədə tərk etməyə imkan tapıb.

Tibb işçilərinin məlumatına görə, etirazlar nəticəsində 40 nəfər, o cümlədən iki polis yaralanıb.

Dövlətin mövcud olduğu 74 il ərzində ən güclü hesab edilən böhranın səbəbi COVİD-19 pandemiyası ilə əlaqədar turistlərin ölkədən getməsi olub.

Aprelin 12-də ölkə hakimiyyəti defolt elan edib.

Ancaq görünən odur ki, ölkə başçılarının korrupsiya əməlləri ilə məşğul olmaları da xalqın yoxsul vəziyyətdə yaşamasında əsas rol oynayır.

Teqlər