İngiltərədə ailələrin yoxsullaşacaqları proqnoz edilir
İngiltərədə “Kornvall İnsayt” adlı enerji müşavirəsi şirkəti bu ölkədə bir ailə üçün enerji daşıyıcılarının orta illik xərcinin gələn ilin yanvar ayına qədər 3364 funt-sterlinqə qalxacağını proqnozlaşdırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ekspertlər xəbərdarlıq ediblər ki, enerji qiymətlərinin artacağı təqdirdə, milyonlarla İngiltərə sakini yoxsulluq vəziyyətinə düşə bilər.
İngiltərədə enerji böhranının amilləri kimi Rusiya ilə Ukrayna arasındakı münaqişə və İngiltərəyə ən böyük qaz ixracatçılarından biri sayılan Norveçin neft və qaz yataqlarındakı son fəhlə tətilləri də daxil olmaqla müxtəlif məsələlərə işarə etmək olar.
Həmçinin İngiltərə milli statistika idarəsinin statistikalarına əsasən, may ayında bu ölkədə inflyasiya səviyyəsi ötən qırx ildə ən yüksək səviyyəyə, yəni 9,1 faizə çatıb.
Habelə, “Liverpul Viktoriya” adlı sığorta şirkəti tərəfindən aparılmış rəy sorğusuna əsasən, İngiltərə xalqının üçdə birindən çoxu maliyyə cəhətdən problemlərlə üzləşir.