İyul 16, 2022 11:19 Asia/Baku
  • Co Baydendən növbəti riyakarlıq

Səudiyyə Ərəbistanına səfərində bu ölkə vəliəhdi Məhəmməd Bin Salman tərəfindən qarşılanan, onunla geniş müzakirələr apardığını deyən ABŞ prezidenti Co Bayden növbəti riyakarlığında jurnalistlərin qətlinin təkrarlanacağı ilə bağlı Bin Salmana xəbərdarlıq edib.

Bayden Ər-Riyaddakı mətbuat konfransında Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəsitanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsi və bu hadisədə Bin Salmanın əli olmasının üzə çıxması barədə deyib: “Mən onlara başa saldım ki, belə bir şey bir daha təkrarlanarsa cavabı artıqlaması ilə olacaq” 

Bayden eyni zamanda Səudiyyə kralı Salman Bin Əbdül-Əziz və vəliəhd Məhəmməd Bin Salman ilə önəmli müzakirələr apardığını, Səudiyyə Ərəbistanının təhlükəsizliyinin ABŞ tərəfindən təmin olunmasının bundan sonra da davam etdiriləcəyini deyib.

Qeyd edək ki, ABŞ-ın Kəşfiyyat İdarəsi Sudiyyə Ərəbistanı hökumətinə qarşı tənqidi mövqeyə malik olan jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə etirilməsində Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın əli olduğunu aşkar etmişdir.

Məhz buna görə, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərinə və Səudiyyə vəliəhdi Bin Salmanla görüşünə qarşı Amerikada ciddi etirazlar mövcuddur. Bu etirazlar nəzərə alınaraq hətta Baydenin Ərriyadda Bin Salmanla görüşməyəcəyi barədə məlumatlar yayılmışdı.

İndi Bayden Bin Salmanla götüşü və onunla geniş müzakirələrdən sonra özünü təmizə çıxarmaq üçün riyakar bir jestdə Jamal Qaşıqçıya qarşı cinayətin oxşarı təkrarlanarsa Bin Salmana xəbərdarlıq edir.

 

Teqlər