ABŞ ilə Yunanıstan arasında tərəfdaşlığın yeni təməl daşı:
"F-35" qırıcılarının Yunanıstan tərəfindən alınması
ABŞ müdafiə naziri Lloyd Ostin Pentaqonda Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos ilə görüşüb.Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Austin, ABŞ və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın heç vaxt olmadığı qədər güclü olduğunu söyləyib.
"Yenilənmiş ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişləri ölkələrimizin ümumi sülh və təhlükəsizliyə sarsılmaz sadiqliyini nümayiş etdirir. Bu Yunanıstanda Amerikanın hərbi mövcudluğunun artırmasına imkan verir", - deyə Ostin bildirib.
Panagiotopoulos də öz növbəsində ABŞ və ölkəsi arasında müdafiə sahəsində əməkdaşlığın son illərdə ən yüksək səviyyəyə çatdığını bildirib.
Yunanıstanlı naziri Rusiya-Ukrayna müharibəsində Ukraynaya hər cür yardım etməyə hazır olduqlarını bildirib.
Panagiotopoulos, görüşün ABŞ və Yunanıstan arasında əlaqələrin daha da dərinləşməsinə imkan yaradacağına ümid etdiyini bildirib.
“Bu tərəfdaşlığın yeni təməl daşı şübhəsiz ki, qarşılıqlı əlaqəni, koordinasiyanı artıracaq ən müasir "F-35" qırıcılarının Yunanıstan tərəfindən alınmasıdır",- deyə yunanıstanlı nazir bildirib.
Qeyd edək ki, ABŞ-ın Yunanıstanda hərbi bazalar yaratması rəsmi Ankara tərəfindən Türkiyəyə qarşı yönəlik hərəkət hesab edilir. ABŞ F-16 qırıcılarını Türkiyəyə verməkdən imtina etdiyi halda F-35-ləri Türkiyə ilə az qala müharibəyə başlayacaq Yunanıstanın ixtiyarına verir.