Qovulmuş qadınlar işə qohum kişilər təqdim etsinlər
Əfqanıstanın dövlət sektorunda qadın idarə işçilərinin fəaliyyətlərinin qadağan edilməsindən sonra Taliban maliyyə nazirliyindəki qadın işçilərdən istəyibdir ki, işləmək üçün öz kişi qohumlarından birini təqdim etsinlər.
SəhərAzəri-nin məlumatına əsasən, Taliblər 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən az sonra dövlət vəzifələrində çalışan qadınları evlərinə göndərdilər.
Dövlət idarələrindən qovulmuş qadınların bir neçəsi «Qardian» qəzetinə bildiribdir ki, Taliban rəsmilərindən oxşar təmaslar edilib. Həmin təmaslarda onlardan istənilibdir ki, öz vəzifələrinə kişi qohumlarını təqdim etsinlər, zira bu nazirlikdə işin həcmi artıb və onlar bir qadının yerinə, bir kişini işə götürməlidirlər.
Əfqanıstan maliyyə nazirliyindəki Taliban rəsmiləri hələ bu haqda heç bir fikir bildirməyiblər.