İngiltərə polisi ümumölkə etirazlarını nəzarətə almağa çalışır
İngiltərə polisi bildirib ki, yanacaq qiymətinin kəskin şəkildə artmasına qarşı ölkəni bürüyən etirazları cilovlamaq üçün tədbirlər görməkdədir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın fevralın 24-də Ukraynaya hücum etdiyi zamandan bəri London Moskvaya sanksiya, Kiyevə isə dəstək istiqamətində ən sərt tədbirlərdən birini seçibdir.
Rusiyanın prezidenti Vladimir Putin daxil olmaqla bu ölkənin yüksək çinli rəsmilərinin sözlərinə görə, bu geniş və misli görünməmiş sanksiyaların tətbiqi qərblilərin zərərinə başa gələcək.
İngiltərə polisi bu gün bildirib ki, tədbirlərdən istifadə etməklə bu ölkənin əsas yollarının bağlanmasına gətirib çıxaracaq motosikletçilərin ümumölkə etirazlarını nəzarətə götürməyə çalışır.
Yanacaq qiymətinin artmasına etiraz olaraq, İngiltərə boyu geniş motosiklet etirazları baş tutmalıdır.
Belə görünür ki, İngiltərənin cənub-şərq hissəsi ən pis şəkildə yolların bağlanması vəziyyətilə üzləşəcək.
Sosial şəbəkələrdə bu etirazlarla bağlı çağırışlarda deyilir ki, bu motosiklet aksiyası ölkə boyu, o sıradan Birmenhem, Kardiff, Liverpul, London və Mançesterdə keçirilməlidir.
Bundan qabaq İngiltərədə yanacaq qiymətinin artmasına qarşı oxşar etirazlar zamanı on iki etirazçı həbs olunmuşdu.