Çin prezidentindən amerikalı həmkarına birbaşa xəbərdarlıq
“Odla oynayan yanacaq” - AKTUAL ŞƏRH
Çin prezidenti Si Cinpin amerikalı həmkarı Co Baydenlə telefon danışığında ona xəbərdarlıq edib ki, ABŞ Tayvan adası ilə bağlı Çinin parçalanması atəşi ilə oynamamalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Çin rəhbəri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.
Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir. 1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. “İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.
Amerika və Çin arasında Tayvanla bağlı gərginlik ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı xəbərlərin dərcindən və Çin prezidentinin ABŞ prezidentinə birbaşa xəbərdarlığından sonra daha da güclənib. Hal-hazırda Çinin Tayvanla bağlı qırmızı xəttinə məhəl qoymaması və Pekinin Vaşinqtona ən yüksək səviyyədə ardıcıl xəbərdarlıqları iki tərəf arasında müharibə ehtimalını belə artırır. Bu arada Ukraynadakı müharibəyə görə hətta Amerikanın Çini Tayvana hücuma təhrik etdiyi haqda belə fikirlər səslənir.
Belə görünür ki, Amerika Tayvanla bağlı strateji qeyri-müəyyənliyə əsaslanan siyasətdən əl çəkir və onun müstəqilliyini və ana vətənindən ayrılmasını açıq şəkildə dəstəkləyir. Bu xüsusda Tayvan adasının müstəqillik tərəfdarı olan cərəyanlar ABŞ-ın yüksək rütbəli hərbi-siyasi və qanunvericilik məmurlarının bu adaya səfərini Tayvanın müstəqilliyinə aparan yol kimi qiymətləndirirlər.
Bunun qarşısında Çin Tayvanın siyasət və planlarının, xüsusən də Amerika ilə münasibətlərinin qırmızı xətti olduğunu, heç bir şəkildə ondan geri çəkilmək istəmədiyini və bunun bədəlini ödəməyə hazır olduğunu həmişə bəyan edib.
Sual yaranır: ABŞ Ukrayna ssenarisini indi də Çinlə bağlı həyata keçirir? Hadisələrin hansı müstəvidə inkişaf edəcəyini zaman göstərəcəkdir.