Anqolada son 300 ilin ən böyük çəhrayı almazı tapılıb
https://azeri.sahartv.ir/news/dünya-i391678-anqolada_son_300_ilin_ən_böyük_çəhrayı_almazı_tapılıb
Anqoladakı mədənlərin birində son 300 ildə kəşf edilmiş ən böyük çəhrayı almaz tapılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 30, 2022 09:31 Asia/Baku
  • Anqolada son 300 ilin ən böyük çəhrayı almazı tapılıb

Anqoladakı mədənlərin birində son 300 ildə kəşf edilmiş ən böyük çəhrayı almaz tapılıb.

SəhərAzəri-nin məlumatına əsasən, mədənin sahibi "Lucapa Diamond" şirkəti öz saytında bildirib ki, "Lulo Rose" adlandırılan almaz Anqolanın şimal-şərqində yerləşən almazla zəngin Lunda Norte bölgəsindəki Lulo allüvial almaz mədənində tapılıb.

Lucapa almaz şirkətinin baş icraçı direktoru Stiven Wetherall deyib: "Hər 10 min almazdan yalnız biri çəhrayı rəngdədir. Beləliklə bu almaz öz saflığına və qeyri-adi rənginə görə çox yüksək qiymətə malikdir və onun dəyərini hələ də müəyyən edə bilmirlər".

Tapılmış çəhrayı qiymətli daşın beynəlxalq bir hərracda satılacağı gözlənilir.