Avq 02, 2022 10:50 Asia/Baku
  • Putin: Nüvə müharibəsi heç vaxt başlamamalıdır!

Rusiya prezidenti bəyan edib ki, nüvə müharibəsi heç vaxt başlamamalıdır!

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Nyu-Yorkda işə başlayan BMT-nin 10-cu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Tərəflərinin Konfransının iştirakçılarına ünvanladığı məktubda bildirib: "Nüvə müharibəsində qaliblər olmur və belə bir qarşıdurma heç vaxt başlamamalıdır."

Onun sözlərinə görə, konfrans iştirakçısı və bu müqavilənin dəstəkçisi kimi Rusiya bütün proseslərə daim əməl edir.

Həmçinin qeyd edilir ki, Rusiya müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.

Teqlər