Rusiya Pelosinin Tayvana səfərini şərh edib
Lavrov: ABŞ özbaşınalıq edir
Rusiyanın XİN başçısı bəyan edib ki, Nensi Pelosinin Tayvana icazəsiz səfəri onların cəzasızlıqlarını və öz özbaşınalığını sübut etmək cəhdidir.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfərini şərh edərkn deyib: "Mən belə qıcıq yaratmaq üçün başqa bir səbəb görmürəm. Bunun Çin üçün nə demək olduğu şox gözəl məlumdur".
Bu arada ABŞ-ın Çindəki səfiri Nikolas Berns avqustun 2-də Çin Xarici işlər nazirliyinə çağırılıb. Bu barədə Çin Xarici işlər nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, səfirə Nensi Pelosinin Tayvana səfərinə görə etiraz bildirilib.
Xatırladaq ki, Nensi Pelosi belə bir fikir ifadə etmişdi ki, Çin onun ABŞ-da əhəmiyyətinə görə üçüncü sayılan vəzifəsindən ötrü Tayvana səfəri ilə bağlı "böyük səs-küy" qaldırıb.