Çin Tayvan yaxınlığında hərbi təlimlərə başlayıb
Çin Tayvan adasının ətrafında iri hərbi təlimlərə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Çin bu təlimlərə ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana on doqquz saatlıq səfərindən bir gün sonra başlayıb.
Tayvanı Çinin ayrılmaz hissəsi hesab edən rəsmi Pekin daima Qərb rəsmilərinin bu adaya müdaxilə və səfərlərini pisləyir və deyir ki, bu hərəkətlər vahid Çin prinsipini pozur.
Çin dövlət televiziyası bildirib ki, Çin azadlıq ordusu bu gündən avqustun yeddisinədək Tayvan adasının ətrafındakı altı əsas bölgədə hərbi sursat və texnika ilə, mühüm hərbi təlimlər keçirir və bu müddət ərzində heç bir gəmi və ya təyyarə müvafiq dəniz əraziləri və hava məkanına daxil olmamalıdır.
Qardian qəzetinin verdiyi məlumata görə, Çin tərəfindən elan olunan altı bölgə Tayvan adasını əhatə edir və Tayvan müdafiə nazirliyinin bildirdiyinə görə, əslində bu regionun əsas limanlarını bağlamış olur.