Taliban Kabildə Hüseyn əzadarlarına hücum edib
Avq 08, 2022 12:13 Asia/Baku
Taliban qüvvələri Əfqanıstanın paytaxtı Kabildə Hüseyn əzadarlarına hücum ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Taliban-ın müvəqqəti hökuməti şiələrin əzadarlıq mərasimi keçirmək azadlığı haqda verdiyi vədlərə xilaf çıxıb və şiələrə qarşı geniş məhdudiyyətlər təqib edibdir.
Taliban qüvvələri dünən Kabilin bəzi bölgələrində təhlükəsizlik tədbirləri bəhanəsi ilə Hüseyn əzadarlarına hücum ediblər.
Şahidlərin sözlərinə görə, bir çox yolu əzadarların üzünə bağlayan taliblər yoldan keçənlər, həmçinin məscidlər və hüseyniyyələrdə olanlarla kobud şəkildə rəftar ediblər.
Taliban qüvvələri həmçinin “Qəle Nou Dəşt Bərçi” bölgəsindəki evləri təftiş etməyə başlayıb və “matəm saxlayanlara su paylanan” məkanlarda olan insanları döyüblər.