Avq 12, 2022 11:59 Asia/Baku
  • Rafael Qrossi
    Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru dünyanın ən iri atom elektrik stansiyasının böhranlı vəziyyəti haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib ki, agentliyə Ukraynanın Zaporojye atom elektrik stansiyasını təftiş etməyə icazə verilməlidir və bu stansiyanın yaxınlığında gedən döyüşlər “ciddi” böhranın yaranmasına bais olub.

Zaporojyedə və onun ətrafında gedən döyüşlər Avropanın ən iri atom elektrik stansiyasının ətrafında cərəyan edən döyüşlərə son qoyulması üçün təcili beynəlxalq çağırışlara gətirib çıxarıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Ukraynada missiyası ideyasını dəstəkləyən ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Bani Cenkins deyibdir ki, nüvə təhlükəsizliyini təmin etməyin yeganə yolu, müharibəyə son qoymaq olacaq.

Belə bir halda, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Təhlükəsizlik Şurasının üzvlərinə deyib: Biz Ukrayna qüvvələrini himayə edən ölkələrdən istəyirik ki, öz vasitəçi qüvvələrini nəzarət altına alsın və onları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyasının həyata keçirilməsinə təhlükəsiz şəraitin təmin edilməsi üçün Zaporojye atom elektrik stansiyasına qarşı hücumları dərhal və birdəfəlik olaraq dayandırmağa məcbur etsinlər.

 

Teqlər