Pekinin ABŞ-ın TAD sisteminin Cənubi Koreyada yerləşdirilməsinə reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i392129-pekinin_abŞ_ın_tad_sisteminin_cənubi_koreyada_yerləşdirilməsinə_reaksiyası
Pekin Cənubi Koreyada TAD anti-ballistik raketdən müdafiə sisteminin yerləşdirilməsi də daxil olmaqla ABŞ-ın Şərqi Asiyada hərbi nüfuzunu gücləndirmək səylərini davam etdirməsinə reaksiyada bildirib ki, Çin bu məsələni diqqətdən kənarda saxlaya bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2022 08:28 Asia/Baku
  • Pekinin ABŞ-ın TAD sisteminin Cənubi Koreyada yerləşdirilməsinə reaksiyası

Pekin Cənubi Koreyada TAD anti-ballistik raketdən müdafiə sisteminin yerləşdirilməsi də daxil olmaqla ABŞ-ın Şərqi Asiyada hərbi nüfuzunu gücləndirmək səylərini davam etdirməsinə reaksiyada bildirib ki, Çin bu məsələni diqqətdən kənarda saxlaya bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün ABŞ-ın Şərqi Asiyada hərbi mövcudluğunu gücləndirməsinin təhlükəsizlik nəticələri barədə xəbərdarlıq edib.

O, deyib: "ABŞ-ın raket əleyhinə "TAD" sisteminin Cənubi Koreyada yerləşdirilməsi Çinin strateji təhlükəsizliyini zəiflədir".

Venbin gündəlik mətbuat konfransında vurğulayıb ki, Çin həmişə Cənubi Koreyanın suverenliyinə hörmət edib və onun təhlükəsizliklə bağlı narahatlığını anlayır, lakin ABŞ-ın TAD raket əleyhinə sistemini Cənubi Koreyada yerləşdirməsi Çinin strateji təhlükəsizliyini hədəfə alır və bu, diqqətdən kənarda qalmayan bir məsələdir.

TAD, anti-ballistik raketdən müdafiə sistemidir ki, qısa və orta mənzilli ballistik raketləri məhv edə bilər.