Pentaqon: Rusiya bazasında baş verən partlayışların mənşəyini bilmirik
https://azeri.sahartv.ir/news/dünya-i392133-pentaqon_rusiya_bazasında_baş_verən_partlayışların_mənşəyini_bilmirik
Pentaqon Krımdakı Rusiya hərbi bazasında baş verən son partlayışların səbəbi ilə bağlı heç bir məlumatı olmadığını, eyni zamanda ABŞ-ın Kiyevə belə bir hücumu həyata keçirə biləcək heç bir silah vermədiyini vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 13, 2022 12:33 Asia/Baku
  • Pentaqon: Rusiya bazasında baş verən partlayışların mənşəyini bilmirik

Pentaqon Krımdakı Rusiya hərbi bazasında baş verən son partlayışların səbəbi ilə bağlı heç bir məlumatı olmadığını, eyni zamanda ABŞ-ın Kiyevə belə bir hücumu həyata keçirə biləcək heç bir silah vermədiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, adının açıqlanmasını istəməyən Pentaqonun yüksək rütbəli zabiti, Ukraynanın Vaşinqtonu təmin etməyə inandırmağa çalışdığı 300 kilometr mənzilli taktiki ballistik raketlərə işarə edərək, deyib: "Sizə deyə bilərəm ki, bu, ATACMS hücumu deyildi, çünki biz onlara ATACMS verməmişik". 

Xəbər mənbələri çərşənbə axşamı Rusiya aviabazasının və Krım yarımadasının qərb hissəsindəki digər mühüm məntəqələrin yaxınlığında ən azı 12 ayrı-ayrı partlayışın baş verdiyini bildiriblər.

Bu partlayışların səbəbi hələlik məlum deyil, lakin Ukrayna hakimiyyəti bu yaxınlarda Amerikanın hərbi silahlarından istifadə etməklə Krım yarımadasının Rusiyadan geri alınmasından danışıb. Bu açıqlamalar Rusiyanın sərt reaksiyası ilə üzləşib.