Pxenyan Quterreşə: “Təhlükəli sözlərdən” çəkin!
Şimali Koreyanın xarici işlər nazirliyi BMT baş katibinin onun Pxenyanın tam şəkildə nüvə tərki-silahını himayə etməsi haqdakı sözlərini tənqid edib və bu sözləri “tərəfbazlıq mahiyyətli və ədalətsiz” sözlər adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Şimali Koreya xarici işlər nazirinin müavini Kim Sen Cen deyib: BMT-nin baş katibi xas bir ölkənin hökumətindən göstəriş almamalı və ya qəbul etməməli və yalnız Birləşmiş Millətlər Təşkilatının qarşısında məsuliyyət daşıyan beynəlxalq rəsmi şəxs kimi, onun mövqeyinə xələl gətirə biləcək hər hansı bir hərəkətdən çəkinməlidir.
Şimali Koreyanın xarici işlər nazirinin müavini sonra vurğulayıb: Yoxlanıla bilən və geridönməz/ tam şəkildə nüvə tərki-silahı/ Koreya Xalq Demokratik Respublikasının suverenliyinin pozulması deməkdir.
Kim Sen Cen Antonio Quterreşdən istəyibdir ki, Koreya yarımadasındakı son dərəcə ağır vəziyyətdə "təhlükəli sözlər" söyləməkdən çəkinsin.
BMT-nin baş katibi Antonio Quterreş Cənubi Koreyanın prezidenti Yun Sok Yol ilə görüşdə Şimali Koreyanın tam şəkildə nüvə tərksilahı edilməsi üzrə səyləri dəstəklədiyini iddia etmişdi.
Şimali Koreya indiyədək altı nüvə sınağı keçirib və onları Amerikanın regiondakı müdaxilələri və özbaşınalıqları ilə mübarizə üçün zəruri hesab edir.