Avq 16, 2022 11:42 Asia/Baku
  • Krımın şimalında hərbi sursatlar partlayıb

Rusiyaya ilhaq edilmiş Krımın şimalında hərbi sursatlar partlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Krım yarımadasının şimalında hərbi sursatlar partlayıb. Yaxınlıqdakı Mayskoye kəndi boşaldılır. 

"TASS" Agentliyi xəbər verir ki, bu barədə Mayskoye yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

"Bu keçmiş fermadır. Hərbçilərin müvəqqəti cəmləşmə yeri. Sursat partlamasıdır", - deyə məlumatda deyilir. 

Bildirilib ki, Mayskoe sakinlərinin bir qismi öz avtomobilləri ilə və ya qonşuları ilə kəndi tərk ediblər.

Çərşənbə axşamı Rusiya Energetika Nazirliyinin "Telegram" kanalında yayılan məlumatına görə, Krımın şimalında baş verənlərə görə istehlakçıların enerji təchizatı kəsilməyib.

Bu arada Rusiya Müdafiə Nazirliyi Krımda silah-sursat anbarında baş verən yanğında ciddi xəsarət alan olmadığını bildirib.

Yanğın zamanı silah-sursat anbarında partlayışın baş verdiyi qeyd edilir. Hazırda yanğının söndürülməsi məqsədi işlər davam edir.

Teqlər