Əfqanıstanda aclığın şiddətlənməsi haqda xəbərdarlıq
Avq 16, 2022 19:42 Asia/Baku
Əfqanıstanda humanitar yardımlar üzrə BMT rəsmisinin koordinasiya müavini qarşıdakı qışda bu ölkədə aclığın şiddətlənməsi ehtimalı haqda xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ramiz Ələkbərov jurnalistlərə verdiyi müsahibədə Əfqanıstandakı insan durumunu tamcəhətli bir faciə adlandırıb.
Əkbərovun sözlərinə görə, Əfqanıstanda 16 milyon nəfərin ərzaq təhlükəsizliyi yoxdur və onların 6,6 milyon nəfəri fövqəladə vəziyyətdə, yəni qıtlığın bir addımlığındadır.
Bu BMT rəsmisi əlavə edib: Əfqanıstanda yoxsulluq artmaqdadır və ölkənin qırx milyonluq əhalisinin otuz beş milyon nəfəri yoxsulluq içində yaşayır.