Avq 17, 2022 13:23 Asia/Baku
  • Nüvə müharibəsi 5 milyarddan çox insanın ölümünə səbəb olacaq

Amerika universitetinin araşdırmasına görə, tammiqyaslı nüvə müharibəsi baş verərsə, abeş milyard insanın aclıqdan həlak olmasına səbəb ola bilər.

SəhərAzəri- "Euronews"un məlumatına görə, Amerikanın "Rutgers" Universitetinin alimləri altı mümkün nüvə münaqişəsi ssenarisinin təsirini müəyyənləşdiriblər. "Nature Food" jurnalında dərc olunan araşdırmada, ABŞ və Rusiya arasında tammiqyaslı nüvə müharibəsinin ən pis vəziyyətdə bəşəriyyətin yarıdan çoxunu məhv edəcəyi bildirilib. 

Bu təxminlər nüvə silahlarının partlaması nəticəsində alovlanan fırtınalardan atmosferə nə qədər hisin daxil olacağına dair hesablamalara əsaslanır. Tədqiqatçılar, Milli Atmosfer Tədqiqatları Mərkəzi tərəfindən dəstəklənən iqlim proqnozlaşdırma alətindən istifadə ediblər ki, bu da onlara ölkə üzrə əsas bitkilərin məhsuldarlığını qiymətləndirməyə imkan verir.

Əlbəttə, hətta nisbətən kiçik miqyaslı münaqişəsi qlobal ərzaq istehsalı üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Bu araşdırma göstərir ki, Hindistan və Pakistan arasında nüvə müharibəsi beş il ərzində kənd təsərrüfatı məhsullarının istehsalında 7 faiz azalmaya səbəb ola bilər. Bu elə bir haldadır ki, ABŞ-Rusiya müharibəsi üç-dörd il ərzində bu məhsulların istehsalında 90 faiz azalmaya səbəb olacaq.

Tədqiqatçılar həmçinin hazırda heyvan yemi kimi istifadə olunan məhsullardan istifadənin və ya qida tullantılarının azaldılmasının nüvə münaqişəsindən dərhal sonra itkiləri kompensasiya edə biləcəyini nəzərdən keçiriblər, lakin daha geniş miqyaslı nüvə müharibəsində bu qənaətin minimal təsir göstərəcəyini aşkar ediblər. 

Bu tədqiqat, ABŞ və Rusiya arasında nüvə qarşıdurması ehtimalının gündəmə gəlməsindən sonra aparılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprel ayında xəbərdarlıq etmişdi ki, nüvə müharibəsinin başlaması üçün "ciddi" risk var.

Tədqiqatın həmmüəllifi və Rutgers Universitetinin iqlim elmləri professoru Alan Robok deyib: "Məlumatlar bizə bir şey deyir, nüvə müharibəsinin baş verməsinin qarşısını almalıyıq".

Teqlər