Hollandiyada dəmir yolu işçiləri tətil aksiyasına başlayıblar
Hollandiyada dəmir yolu işçiləri səmaya qalxan inflyasıyanı kompensasiya etmək üçün maaşların artırılmasını istədikləri üçün cümə günü ölkənin qərbində tətilə aksiyasına başlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, 24 fevralda Ukraynada müharibənin başlaması ilə eyni vaxtda Qərb ölkələri Rusiyanın maliyyə sisteminə və Rusiya şirkətlərinə qarşı görünməmiş sanksiyalar tətbiq edib.
Rusiya prezidenti Vladimir Putin vurğulayıb: "Rusiya görünməmiş təzyiqlərə tab gətirdi və sanksiyalar ABŞ və onun avropalı müttəfiqlərinə əks təsir göstərərək inflyasiyanın sürətlənməsinə və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olub".
Hollandiyanın dəmir yolu şərkəti verdiyi açıqlamada ölkənin qərbində cümə günü başlayan dəmir yolu işçilərinin tətil aksiyasının 24 saat davam edəcəyini bildirib.
Hollandiyanın dəmir yolu şərkəti bu tətil aksiyasının Belçikaya gedən beynəlxalq marşrutlarda nəqliyyatın kəsiləcəyini nəzərdə tutduğunu söyləyib.
Mənbə, həmçinin bildirib ki, bu aksiya çərşənbə günü ölkənin şimalında baş verən aksiyadan sonra üç gün ərzində ikinci aksiyadır.
Şirkətin açıqlamasında qeyd edilib ki, həmkarlar ittifaqları təkrar tətil aksiyaları keçirərək, rəhbərliklə əmək haqlarının artırılmasını tələb etdikləri kollektiv müqavilə danışıqlarının dayandırılmasına etiraz edirlər.
Həmkarlar ittifaqları daha üç 24 saatlıq tətil planlaşdırır: bazar ertəsi ölkənin şimal-qərb hissəsində, çərşənbə axşamı mərkəzi Hollandiyada və çərşənbə günü cənub-şərq hissəsində.