Qazaxıstan prezidenti növbədənkənar prezident seçkiləri elan edib
Sen 01, 2022 12:10 Asia/Baku
Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
SəhərAzəri-nin məlumatına əsasən,,payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.
Ölkə prezidenti eyni zamanda parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.
Qeyd edək ki, Kasım-Jomart Tokayevin səlahiyyət müddəti 2024-cü ildə başa çatacaqdı.