Sen 03, 2022 13:30 Asia/Baku
  • Britaniyada dəmir yolu şirkətinin icraçı direktoru istefa verib

Britaniya Dəmir Yolları Şirkətinin rəhbəri dəmir yolu xəttlərində yaranan hərc-mərclik fonunda istefa verib.

SəhərAzəri-nin məlumatına əsasən, mühafizəkar hökumətinin Rusiyaya qarşı və Ukrayna müharibəsi ilə bağlı siyasətlərinin nəticələri Britaniyada iqtisadi və sosial vəziyyətin pisləşməsinə səbəb olub və hazırda bu ölkə mövcud fəlakətli vəziyyətə etiraz olaraq, kütləvi tətil aksiyalarının şahididir. 

Bu arada Britaniya dəmir yolları işçiləri və əməkdaşlarının 96 faizi maaşların aşağı olmasının mənfi təsirlərindən əziyyət çəkirlər.

Britaniyanın müxtəlif şəhərlərində dəmir yolu şirkətlərinin işçiləri və əməkdaşları oturaq aksiyalar keçirərək, yaşayış xərclərinin artması ilə əlaqədar maaşların artırılmasını tələb ediblər.

İRİB-in məlumatına görə, İngiltərənin ən işlək şəhərlərarası dəmir yolu xətlərindən biri olan Avanti West Coast-un icraçı direktoru Phil Whittingham, cümə günü işəgötürənlər və həmkarlar ittifaqları ilə işçilər arasında bir aydır davam edən mübahisələr və dəmiryol xətlərindəki xaos fonunda istefa verdiyini açıqlayıb. 

Avanti-dən verilən açıqlamaya görə, Phil Whittingham digər icraçı liderlik imkanlarını izləmək üçün sentyabrın 15-dən etibarən vəzifəsini tərk edəcək.

Britaniyanın "First Group" və İtaliyanın "Trenitalia" arasında birgə müəssisə olan Avanti, önümüzdəki həftələrdə daha çox tətil aksiyaları ilə üzləşəcək dəmir yolu operatorlarından biridir.

Müxalifətdən olan Leyboristlər Partiyasının baş nəqliyyat rəsmisi Louise Hague, Wattingham-ın istefası ilə bağlı deyib ki, bu uğursuz operator milyonlarla insanın acınacaqlı səyahət şəraitinə səbəb olub. 

Teqlər