Sen 05, 2022 13:59 Asia/Baku
  • Rusiyanın Əfqanıstandakı səfirliyinin iki əməkdaşı terror nəticəsində həlak olub

Əfqanıstan paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN bildirib ki,baş verən terror aktı nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı həyatını itirib.

"Sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx təmasdadır", deyə Rusiya XİN-nin yaydığı bəyanatda bildirilib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışa münasibət bildirib.

 “Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir”, - D.Peskov söyləyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovda hadisəyə münasibət bildirərkən “Rusiyanın Kabildəki səfirliyinə qarşı terrorçu hücumu törədənlərin tezliklə müəyyənləşdiriləcəklərinə ümid edirik” deyib.

İnformasiya mənbələrinin bildirdiklərinə görə bu hücum nəticəsində 15-20 nəfər həlak olub. Partlayış təhsil vizası almaq üçün konsulluq qarşısında izdiham vaxtı baş verib.

Teqlər