ABŞ “F-35” qırıcılarının tədarükünü dayandırıb
https://azeri.sahartv.ir/news/dünya-i392930-abŞ_f_35_qırıcılarının_tədarükünü_dayandırıb
Amerika Birləşmiş Ştatları “F-35” qırıcılarının tədarükünü müvəqqəti olaraq dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2022 06:14 Asia/Baku
  • ABŞ “F-35” qırıcılarının tədarükünü dayandırıb

Amerika Birləşmiş Ştatları “F-35” qırıcılarının tədarükünü müvəqqəti olaraq dayandırıb.

SəhərAzəri CNN-ə istinadən xəbər verir ki, buna səbəb mühərrik hissədə olan detallardan birinin Çindən gətirilməsi olub.

Bundan sonra təyyarənin Amerika ordusuna və müştəri ölkələrə tədarükü müvəqqəti olaraq dayandırıb.

Təyyarənin əsas istehsalçısı olan “Lockheed Martin” şirkətinin açıqlamasında bildirib ki, qırıcının turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisi Çindən gətirilir.