İngiltərə kraliçası vəfat edib
Bukingem sarayı dünən axşam bir bəyanatda İngiltərə kraliçasının 96 yaşında vəfat etməsi xəbərini verdi və beləliklə, onun 73 yaşlı oğlu Çarlz taxt-taca sahib çıxdı.
SəhərAzəri-nin məlumatına əsasən, İkinci Elizabet demişdi ki, 95 yaşında taxt-tacı oğluna həvalə edəcək. O, ömrünün son illərində krallıq səlahiyyətlərinin nəzərəçarpacaq hissəsini krallıq xanədanının aşağı yaşlı üzvlərinə həvalə etsə də, öz vəzifəsindən kənara çəkilməmişdi.
Bir xəbər mənbəyi bildiribdir ki, İngiltərənin iqtisadi böhrandan əziyyət çəkdiyi bir halda, kraliçanın dəfn mərasiminin xərci azı altı milyard funt-sterlinq olacaq.
Belə bir halda, bu ölkədəki yaşayış xərcləri, İngiltərə sakinlərinin işıq və qaz pullarını ödəmək üçün öz qida xərclərindən qırx faiz azaltmalarına bais olubdur.
İngiltərənin qarışıq iqtisadi vəziyyəti bu ölkədə inflyasiyanın görünməmiş tərzdə artmasına səbəb olub və bu ölkənin pul vahidinin dəyəri son otuz yeddi ildə ən aşağı səviyyəyə enibdir.
Əlcəzirə informasiya agentliyi bir tvittdə yazıb: İngiltərənin iqtisadi böhrandan əziyyət çəkdiyi bir halda, bu ölkə və hətta dünya mediaları bu orta əsr mərasiminin xərclərini əsla tənqid etmirlər.