Sen 11, 2022 20:49 Asia/Baku
  • London küçələrində qətl və «Ədalət!» tələbi

London küçələrində polis tərəfindən qaradərili bir gəncin qətlə yetirilməsinə etiraz olaraq, minlərlə nəfər aksiya keçirib. Aksiyaçılar bu işdə ədalətin icra olunmasını tələb ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ötən həftənin bazar ertəsi günü 24 yaşlı Kriss Kaba öz avtomobili ilə Londonun cənubunda yerləşən Stritem məhəlləsinin küçələrindən keçərkən iki polis avtomobili tərəfindən zorla dayandırılıb və məmurlardan biri, bir güllə ilə onu qətlə yetiribdir.

Kris Kabanın ailəsi və onun qətlinə qarşı çıxanlardan minlərlə nəfər London küçələrində aksiya keçiriblər. Etirazçılar bu işdə ədalətin icra olunmasını tələb ediblər.

Əllərində, üzərlərində «Kaba üçün ədalət!», «Polisi ləğv edin!» və «Ədalət olmadan, asayiş olmayacaq!» məzmunlu plakatlar tutan etirazçılar öz aksiyalarına parlament meydanından başlayıblar. Onlar «Vaytholl» küçəsindən keçməklə İngiltərə polis idarəsinin qərargahı olan Skotland-Yardın önünə toplaşıblar.

Kabanın ailəsinin bəyanatında polisdən tələb edilibdir kİ, bir neçə il əvəzinə, bir neçə həftə və ya bir neçə ay ərzində öz təhqiqatını təkmilləşdirsin.

 

Teqlər