Qırğızıstanın Tacikistanla sərhəddə verdiyi itki artıb
Qırğızıstanın səhiyyə nazirliyi bildirib ki, bu ölkənin Tacikistanla sərhəddə baş verən toqquşmada verdiyi itkinin sayı 87 nəfərə çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qırğızıstanla Tacikistan arasındakı sərhəd gərginliyi vaxtaşırı kəskinləşsə də, tez bir zamanda yatır.
Hər iki ölkədə hərbi bazaları olan Rusiya bu həftə tərəfləri təmkinli olmağa və ixtilafları həll etmək üçün danışıqlar aparmağa çağırıb.
Qırğızıstan-Tacikistan sərhədində ağır toqquşmalar baş verir və Tacikistan qüvvələri əlavə qüvvələr göndərməkdədirlər.
Bir neçə saat öncə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi bildiribdir ki, gərginliyin azaldılması ilə bağlı razılaşmaya rəğmən, Tacikistan sərhədə hərbi texnika göndərməkdə davam edir.
Belə bir halda, Tacikistan və Qırğızıstanın sərhəd qoşunlarının komandanları bir telefon söhbətindən sonra cümə günü,/ yerli vaxtla saat 10-dan etibarən, iki ölkə sərhədlərində atəşkəsin bərqərar edilməsi barədə razılığa gəliblər.
Qırğızıstan və Tacikistanın iki sərhəd vilayətinin valiləri, eləcə də sərhəd qoşunlarının komandanları sərhəddəki gərginliyi azaltmaq üçün bir-birləri ilə görüşməlidirlər.
Qırğızıstan sərhəd qüvvələrinin mətbuat ofisi Tacikistan tərəfini cümə günü səhər Qırğızıstan qüvvələrinin mövqelərinə hücum etməkdə ittiham edib. Tacikistan da Qırğızıstanı bir sərhəd məntəqəsi və yeddi sərhəd kəndinə ağır silahlarla hücum etməkdə ittiham edib.