Sen 17, 2022 16:14 Asia/Baku
  • Almaniyada dərman çatışmazlığı

Almaniya əczaçılar birliyinin məlumatına görə, qızdırmaya qarşı siropdan tutmuş xərçəng əleyhinə dərmanlara qədər dərmanlardan bir çoxu əksərən, bəzən də uzun müddət tapılmır.

SəhərAzəri-nin məlumatına əsasən, çatışmazlıq problemi sırf olaraq, az istehlak olunan dərmanlara qayıtmır, həm də nurofen kimi ağrıkəsici və ya qan təzyiqi, yaxud da diabet xəstəliyinə qarşı dərmanlar kimi adi preparatlar da bazarda tapılmırlar.

Bəzi hallarda xəstəyə oxşar dərmanlar vermək mümkün ola bilər, amma bir sıra dərmanlar barədə bu imkan mövcud deyildir.

Hobman öz müsahibəsində həmçinin cari ilin aprel və may aylarında xərçəng əleyhinə tamoksifen dərmanının mütləq çatışmazlığını bildirdi. Bu məsələ, xüsusən xəstələnmiş qadınlar üçün təhlükə yaradır. Bunun səbəbi, idxalat halqasındakı pozuntudur. Xüsusən ona görə ki, bir çox dərmanlar və ya onların xammalları hal-hazırda Çin və Hindistan kimi ölkələrdə istehsal olunurlar.

Məsələn, bu ölkələrdə koronovirusa görə zavodlar bağlanarkən və ya yük gəmilərinin gediş-gəlişlərinə məhdudiyyət qoyularkən, onların təsirlərini bir müddət sonra Almaniya apteklərindəki dərman çatışmazlığında aydın şəkildə müşahidə etmək olar. Elə hallar da olur ki, göndərilmiş dərman çirklənmə səbəbindən satıla və istehlak edilə bilməz.

Teqlər