Kraliçanın dəfn mərasimində onlarla nəfər həbs olunub
İngiltərə polisi bildirib ki, İngiltərə kraliçasının dəfn mərasimində altmış yeddi nəfəri həbs edibdir.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə polisinin verdiy bilgiyə görə, bu şəxslər Vest-Minster zalı və sarayına yaxın bölgələrdə müxtəlif səbəblərə görə həbs olunublar.
Polis həbslərin səbəbləri barədə təfərrüata keçməyib.
Son günlər vətəndaş təşkilatları və monarxiya sistemi ilə müxalif olanlardan bir qrupu, polisin monarxiyaya və ya kral ailəsinin üzvlərinə qarşı çıxdıqlarını ifadə etdikləri, hətta əllərində ağ kağız və ya parçalar tutduqlarına görə onları həbs etməsinə kəskin tərzdə etiraz edibdir.
İngiltərə polisi başçılarının bildirdiklərinə görə, kraliçanın dəfn mərasiminin təhlükəsizliyini təmin etmək məsuliyyəti yeddi mindən çox polis qüvvəsinə, həmçinin quru, hava və dəniz qoşunlarından üç min nəfərə həvalə olunmuşdu.
İngiltərə kraliçası ikinci Yelizavetanın dəfn mərasimi sentyabrın 19-da Vest-Minster kilsəsində keçirilib. İkinci Yelizaveta ölümündən on gün sonra Vindzor sarayının qəbiristanlığında yerləşən kral altıncı Corcun xatirə kompleksində, ötən il vəfat etmiş əri- Edinburq hersoqu, şahzadə Filippin, həmçinin atası, anası və bacısının kənarında dəfn edildi.
İngiltərə kraliçasının ölümündən sonra, onun ölümünə qədər bu ölkənin vəliəhdi və monarxiyanın varisi olmuş böyük oğlu 73 yaşlı Çarlz xalqın və ya onun nümayəndələrinin səsləri, rəyləri və nəzərləri olmadan kraliçanın yerini tutub, bu ölkədə ən yüksək siyasi vəzifə sayılan İngiltərə kralı titulunu aldı.