İranın nüvə məsələsinin həllinin diplomatiyaya ehtiyacı var
Türkiyə prezidenti deyib: İranın nüvə məsələsinin həllinin, diplomatiya prosesinin davam etdirilməsinə ehtiyacı var.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında İranın nüvə proqramı haqda deyib: İranın nüvə proqramını həll etmək üçün diplomatiyaya və dialoqa ehtiyacımız var.
O, sonra BMT Təhlükəsizlik Şurasından istəyibdir ki, sülh, ədalət və rifahın reallaşması üçün daha yaxşı hərəkət etsin və Suriyanın şimal-qərbinə humanitar yardımlar çatdırmaq üzrə vəzifəsini yerinə yetirsin.
Ərdoğan həmçinin Yunanıstanı miqrantları qanunsuz və kobud şəkildə çıxarmaqda ittiham edib.
Türkiyə prezidenti Ukrayna böhranı barədə isə bildiribdir ki, bu müharibənin qalibi və məğlubu yoxdur və döyüşlər daha da genişlənəcəkdir.
Kəşmirdə sülh və asayişin bərqərarına ümid ifadə edən Ərdoğan qeyd edibdir ki, Azərbaycan Respublikası və Ermənistan da davamlı sülhə nail ola bilərlər.