Özbəkistan və Qırğızıstan başçıları telefonla danışıblar
https://azeri.sahartv.ir/news/dünya-i393385-Özbəkistan_və_qırğızıstan_başçıları_telefonla_danışıblar
Özbəkistan və Qırğızıstan prezidentləri ikitərəfli məsələlər və region olayları barədə telefonla söhbət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2022 08:14 Asia/Baku
  • Özbəkistan və Qırğızıstan
    Özbəkistan və Qırğızıstan

Özbəkistan və Qırğızıstan prezidentləri ikitərəfli məsələlər və region olayları barədə telefonla söhbət ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Özbəkistan prezidenti Şavkat Mirziyayev bu gün Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tacik və qırğız tərəflərin sərhəd ixtilaf və gərginliklərinin aradan qaldırılması üzrə son razılaşmasını alqışlayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının son sammitinin nəticələrini araşdıran Mirziyayev və Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun inşası layihəsinin irəlilədilməsi xüsusiyyət təşkil etməklə əldə olunmuş razılaşmaların həyata keçirilmələrinin önəminə təkid ediblər.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı qanlı sərhəd döyüşlərinin ardınca Özbəkistan prezidenti dünən öz tacik həmkarı ilə telefonla söhbət etmişdi.

Sentyabrın on dördündən on yeddisinədək sürən son Tacikistan-Qırğızıstan döyüşləri hər iki tərəfdən ümumilikdə yüz nəfərin ölməsi və iki yüzdən çox nəfərin də yaralanması ilə nəticələndi.