Rusiyanın XİN başçısı Nyu-Yorkda mətbuat konfransı keçirib
Lavrov müharibənin nə vaxt bitəcəyini demədi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakdan sonra keçirilən mətbuat konfransında Ukrayna ilə müharibənin nə vaxt bitəcəyinə aydınlıq gətirməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Lavrov deyib: "Ukraynadakı münaqişənin nə vaxt bitəcəyi haqda təxmini bir fikir deməyəcəm."
O, həmçinin xatırladıb ki, xüsusi hərbi əməliyyatın bütün məqsədləri Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilib.
Söhbətinin davamında Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub.
"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.