Ukraynadakı referendumun nəticələrini rəsmən tanımırıq
https://azeri.sahartv.ir/news/dünya-i393650-ukraynadakı_referendumun_nəticələrini_rəsmən_tanımırıq
ABŞ prezidenti deyib ki, Vaşinqton Ukraynanın şərq və cənub bölgələrində keçirilmiş referendumun nəticələrini heç vaxt rəsmən tanımayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2022 09:55 Asia/Baku
  • Ukraynadakı referendumun nəticələrini rəsmən tanımırıq

ABŞ prezidenti deyib ki, Vaşinqton Ukraynanın şərq və cənub bölgələrində keçirilmiş referendumun nəticələrini heç vaxt rəsmən tanımayacaq.

Co Bayden iddia edibdir ki, Rusiyanın himayə etdiyi qrupların Ukraynanın bəzi hissələrində keçirdiklləri referendumlar tamamilə saxtadır və onların nəticələri Moskvada düzəldilibdir.

ABŞ dövlət katibi Entoni Blinken də cümə axşamı günü axşam çağı deyibdir ki, Rusiyanın Ukraynada keçirdiyi referendum qanunsuz olub, beynəlxalq qanunlara zidd hesab olunur.

Belə bir halda, Rusiya prezident aparatının sözçüsü Dmitri Peskov Kremldə keçirdiyi mətbuat konfransında deyib: Cümə günü yeni ərazilərin Rusiyaya daxil olması üzrə müqavilənin imzalanması mərasimini keçirəcəyik və prezident Putin Moskvada azad edilmiş bölgələrin başçıları ilə görüşəcək.