Okt 01, 2022 08:33 Asia/Baku
  • ABŞ-da intiharların sayı yenə artıb

ABŞ-da intiharların sayı 2021-ci ildə artaraq, əvvəlki iki ildəki azalma tendensiyasını dəyişib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə “Wall Street Journal” ABŞ-ın Xəstəliklərin Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, intiharların sayı keçən il 2020-ci illə müqayisədə 4% artıb. Bu göstəricinin artması əsasən kişilər arasında intiharlarla bağlı olub. Ən çox artım 15-24 yaş arası kişilər arasında qeydə alınıb.

Bu yaxınlarda KİV-lər 2020-ci ildə ölkədə intiharların səviyyəsinin əvvəlki illə müqayisədə 6% azaldığını və bunun son 40 ildə rekord azalma olduğunu qeyd ediblər.

Nəşr yazır ki, iyul ayında ABŞ hökuməti ağır psixoloji vəziyyətdə olan insanlara psixoloji yardım göstərmək üçün 24 saat işləyən qaynar xətt işə salıb.

İyulda Ağ Ev gənc amerikalıların misli görünməmiş mental sağlamlıq böhranı fonunda uşaq və yeniyetmələrə psixoloji dəstək tədbirlərinin genişləndirildiyini elan edib.

Uşaq və yeniyetmələrin əsas problemləri arasında depressiya, həyəcan və intihar düşüncələri qeyd olunub. 

ABŞ rəsmilərinin istinad etdiyi statistikaya görə, yeniyetmələrin 40%-dən çoxu daim kədər və ümidsizlik hissi keçirir, valideynlərin 50%-dən çoxu isə uşaqlarının psixi vəziyyətindən narahatdırlar.

Teqlər