Əfqanıstan şiələri ilə həmrəylik üçün “Həzarələrin Soyqırımını dayandırın” kampaniyasına start verilib
https://azeri.sahartv.ir/news/dünya-i393737-Əfqanıstan_şiələri_ilə_həmrəylik_üçün_həzarələrin_soyqırımını_dayandırın_kampaniyasına_start_verilib
Kabildəki təhsil mərkəzində onlarla əfqan həzarə gəncin ölümünə və yaralanmasına səbəb olan ölümcül terror partlayışından sonra bazar günü Twitter-də "Həzarələrin Soyqırımını Dayandırın" kampaniyasına start verilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2022 11:37 Asia/Baku
  • Əfqanıstan şiələri ilə həmrəylik üçün “Həzarələrin Soyqırımını dayandırın” kampaniyasına start verilib

Kabildəki təhsil mərkəzində onlarla əfqan həzarə gəncin ölümünə və yaralanmasına səbəb olan ölümcül terror partlayışından sonra bazar günü Twitter-də "Həzarələrin Soyqırımını Dayandırın" kampaniyasına start verilib.

SəhərAzəri-nin məlumatına əsasən, Son terror aktında Kabilin Kaj təhsil mərkəzində törədilən terror partlayışı nəticəsində 49 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

"İRNA"nın məlumatına görə, bazar günü Twitter istifadəçiləri tərəfindən başladılan kampaniya səkkiz saatdan az bir müddətdə trendə çevrilib və bazar günü günortadan sonrayadək həmin həştəq üzrə baxış sayı 274 minə çatıb.

Twitter istifadəçiləri bu həştəqlə Əfqanıstanda həzarələrə və şiələrə qarşı zorakılığa son qoymağa çağırıblar.

Hazırda bu kampaniya genişlənir və Əfqanıstan vətəndaşları daxildə və xaricdə ondan istifadə edirlər.