Okt 05, 2022 13:38 Asia/Baku
  • Trassın sözləri Balfur bəyannaməsi cinayətinin davamıdır

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın rəhbərlərindən biri İngiltərə baş nazirinin sionizmi himayə üzrə sözlərinə reaksiyada onu Balfur bəyannaməsi cinayətinin davamı adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Təxminən bir ay bundan öncə İngiltərədə öz baş nazirliyinə başlayan Liz Trass İngiltərə mühafizəkarlar partiyasında sionist rejimin himayədarı olan bir parlament qrupu sayılan «İsrailn mühafizəkar dostları» adlı dəstənin qarşısında etdiyi çıxıında vurğulayıb: Mən son dərəcə sionist və İsrailin himayədarıyam.

Həmas-ın rəhbərlərindən Sami Əbu-Zəhri deyib: Liz Trassın sionizmi himayə barədəki sözləri Fələstin xalqına qarşı təcavüzlər və sionist rejimin sırasında durmaq deməkdir.

Əbu-Zəhri əlavə edib: Bu kimi sözlər, İngiltərənin yüz il bundan öncə Balfur bəyannaməsi ilə başlanmış bizim milli məsələmizə qarşı cinayətinin davamıdır.

Fələstin İslami Müqavimət Hərəkatının lideri söyləyib: Məhz bu kimi şəxslər günahsız fələstinli uşaqların qətlini ört-basdır edirlər və bu, bəşəriyyət üçün biabırçılıqdır.

Qeyd etmək lazımdır ki, Balfur bəyannaməsi İngiltərə hökumətinin 1917-ci ildə birinci dünya müharibəsi zamanı Fələstində "yəhudi xalqı üçün milli ev" in qurulmasına dəstəyini elan etmək üçün verdiyi bir bəyanatdır. Fələstin o zaman Osmanlı imperiyasının ərazisində və nəzarəti altında idi və yəhudilərdən ibarət kiçik bir azlıq onda yaşayırdı. Bu bəyannamə İngiltərənin ozamankı xarici işlər naziri Artur Ceyms Balfurun Böyük Britaniya və İrlandiya sionist federasiyasına ötürülməsi üçün İngilis yəhudi icmasının lideri Lord Rotşildə iki noyabr 1917-ci il tarixli məktubunda yer alıb.

 

Teqlər