ABŞ-ın F-35 qırıcılarının Cənubi Koreyada rüsvayçılığı davam edir
Cənubi Koreyanın bir rəsmisi bildirib ki, ABŞ-dan alınan F-35 qırıcıları 2021-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər olan 18 ay ərzində 234 dəfə texniki nasazlıqla üzləşiblər.
SəhərAzəri-nin məlumatına əsasən, may ayında pilotun oturacağındakı texniki pozuntu səbəbindən ABŞ-ın bütün F-35 qırıcılarının Cənubi Koreyada uçuşlarının dayandırılması və dünyanın hər yerindən bildirilən çoxsaylı qəzalar, hadisələr və texniki nasazlıqlardan sonra Cənubi Koreyada bir partiya rəsmisi Seulun bu qırıcıların performansından məyus olduğunu söyləyib.
Cənubi Koreyanın hakim partiyasının üzvü Şin Von-sik Yonhab xəbər agentliyinə deyib: "Bu amerikalı qırıcılar, həmçinin 172 dəfə təcili eniş etməli olublar və 62 halda texniki problemlər səbəbindən onlara tapşırılan missiyanı yerinə yetirə bilməyiblər.