Rusiya pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacaq
https://azeri.sahartv.ir/news/dünya-i394105-rusiya_pilotsuz_təyyarələrin_kütləvi_istehsalına_başlayacaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanın pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2022 16:00 Asia/Baku
  • Rusiya pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanın pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cümə günü Telegram kanalında bildirib ki, Rusiya pilotsuz uçan aparatların kütləvi istehsalına başlayacaq, çünki onlar Ukraynadakı xüsusi hərbi əməliyyatda çox effektiv olub

Medvedev PUA-ların Sankt-Peterburqdakı Xüsusi Texnologiya Mərkəzində istehsal olunacağını vurğulayıb. 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini həmçinin bildirib ki, Rusiya hökumətinin sifarişi əsasında pilotsuz təyyarələrin tədarükünə dair xüsusi yoxlama aparılıb.

Avqustda keçirilən "Armiya-2022" forumunda  Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrin alınması üçün bir sıra müqavilələr imzalayıb