Rusiya prezidenti Ukraynanı yola gəlməməkdə ittiham edib
Putin: Kiyev danışıqlarla bağlı hər hansı təklifi rədd edir
Okt 20, 2022 10:45 Asia/Baku
Rusiya prezidenti bəyan edib ki, Kiyev danışıqlarla bağlı hər hansı təklifi rədd edir və atəşi davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin videokonfrans vasitəsilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib: "Ukrayna açıq şəkildə terror üsullarından istifadə edir. Kiyev rejimi insanların iradəsini və seçimini tanımaqdan imtina edir, danışıqlarla bağlı istənilən təklifi rədd edir. Əksinə, atəşləri davam etdirir, dinc sakinlər ölür."
Rusiyanın dövlət başçısı sonra qeyd edib ki, neonasistlər açıq-aşkar terror üsullarından istifadə edir, həyatı təmin edən obyektlərdə təxribat törədirlər.