İngiltərə xalqının alıcılıq qabiliyyəti aşağı düşüb
Yeni araşdırmaya əsasən, İngiltərə xalqının səksən beş faizi yaşayış xərclərinin artmasına görə, qida maddələri alqısını azaldıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, "İngiltərə müştərilərin hüquqlarını mühafizə birliyi"nin apardığı araşdırmada deyilir ki, bu ölkə xalqının səksən beş faizi avqust ayından bəri öz qida maddələri xərcini azaldıbdır. Bundan başqa, məlumatda qeyd olunubdur ki, bahalı qida maddələri alqısını azaldan xalq, daha çox reklam edilən və daha ucuz qida maddələri alqısına üz tutubdur.
İngiltərəli yazar və iqtisadçı Stiv Kin bu haqda deyib: İngiltərə qida maddələri idxalatçısıdır və öz qida maddələrinin təxminən yarısını xaricdən idxal edir.
İngiltərədəki siyasi səbatsızlıq, xüsusən baş nazirliyin gələcəyi barədəki tərəddüd, bu ölkədəki iqtisadi problemləri şiddətləndiribdir. Boris Conson qonaqlıq rüsvayçılığına görə, kənara çəkildi, Liz Trass isə qırx dörd gündən sonra istefa verdi.