Papa dünyada «nüvə kabusu»na son qoymağa çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i394457-papa_dünyada_nüvə_kabusu_na_son_qoymağa_çağırıb
Dünya katoliklərinin rəhbəri digər dinlərə mənsub olan bir neçə dini şəxsiyyətlə yanaşı, dünyanın qüdrətli ölkələrini «nüvə kabusu»na son qoymağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2022 15:38 Asia/Baku
  • Papa dünyada «nüvə kabusu»na son qoymağa çağırıb

Dünya katoliklərinin rəhbəri digər dinlərə mənsub olan bir neçə dini şəxsiyyətlə yanaşı, dünyanın qüdrətli ölkələrini «nüvə kabusu»na son qoymağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna savaşında nüvə silahının işlədilməsilə bağlı nigarançılıqların artması ilə bir zamanda, Papa Fransis sözügedən çağırışda deyib: Sülh müqəddəs, müharibə isə namüqəddəsdir. Əgər bəşəriyyət müharibəni aradan qaldırmazsa, müharibə bəşəriyyəti aradan götürəcək.

Papa Fransis sonra belə qeyd edib: Altmış il bundan əvvəl, 1962-ci ilin oktyabrında Kuba raket böhranında dünya bir nüvə müharibəsinin baş verməsini gözləyirdi. Hazırda da Rusiya ilə Ukrayna və onun qərbli müttəfiqləri arasında gedən Ukrayna müharibəsindən səkkiz ayın keçməsilə bir daha bir nüvə müharibəsinin baş verəcəyi ilə bağlı həyacan siqnalları dünyanı təhdid edir.