Okt 28, 2022 16:50 Asia/Baku
  • Makron Fransanın çətin durumda olduğunu etiraf edib

Fransa prezidenti Emmanuel Makronun canlı yayımda verdiyi açıqlamalardan sonra xalq təşvişə düşüb.

“France 2” proqramında iştirak edən Fransa lideri “çoxlu böhranlardan keçirik” deyərək ölkəsinin çətin durumda olduğunu etiraf edib.

Ukraynadakı müharibəyə və müharibənin enerji qiymətləri ilə bağlı nəticələrinə, həmçinin COVID-19 pandemiyasına diqqət çəkən Makron deyib:

“Fırtınadan sağ çıxmaq üçün biz zəifləri qorumalı və güclüləri daha yaxşısını etməyə məcbur etməliyik. Mənim məqsədim daha ədalətli, dinc və güclü Fransa yaratmaqdır”.

Makron təqaüd yaşını üç il artıraraq 65-ə çatdırmaqla pensiya islahatı həyata keçirəcəyini açıqlayıb. O əlavə edib ki, bu dəyişikliklər həyata keçirilməzsə, hökumət pensiyaları azaltmalı olacaq.

Xatırladaq ki, 2019-cu ilin sonlarında pensiya məsələsinə yenidən baxılması ölkə miqyasında etirazlara səbəb olmuşdu. Hökumət daha sonra qərarın koronavirus pandemiyası səbəbindən dondurulduğunu açıqlamışdı.

Teqlər