Cənubi Koreyada ümumi matəm elan olunub
Okt 30, 2022 20:39 Asia/Baku
Cənubi Koreyada xeyli sayda insan Hellouin şənliyində həyatını itirib.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü gecə Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyində baş verən hadisə nəticəsində yüz əlli bir nəfər həyatını itirib, daha yüz əlli nəfər isə bədən xəsarəti alıbdır. Hadisə izdiham və boğulma nəticəsində baş verib.
Cənubi Koreya prezidenti Yun Sok Yol bu gün verdiyi bəyanatda bu ölkədə ümumi matəm elan etməklə həlak olanların ailələrinə başsağlığı verib. Ümidvarlıq edibdir ki, hadisədə bədən xəsarəti alanlar tez bir zamanda sağalacaqlar.
Cənubi Koreya prezidenti öz bəyanatında qeyd edibdir ki, belə bir kədərli və faciəli hadisə Seulun mərkəzində baş verməməli idi.