Britaniya polisində rüsvayçılıq
Britaniya Polis Məmurlarının Cinayət Komissiyası bu yaxınlarda bildirib ki, irqçilik, insanlara düşmənçilik, qadınlara qarşı münasibət və səlahiyətlərindən müxtəlif sui-istifadələr kimi cinayət əməllərinə görə yüzlərlə polis məmuru işdən çıxarılmalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Britaniya polisinin cinayətlərini araşdırmaya məsul olan Louise Casey deyib: "Bizim qanun pozuntularına yol verən zabitlərimiz var, misal üçün cinsi sui-istifadə ilə məşğul olub, irqçi davranışlar edib, müxtəlif cinayətləri dəfələrlə təkrar ediblər, amma polis rəsmiləri onların pozuntuları ilə bağlı xəbərlərə biganə yanaşırlar".
Britaniya polisindəki əxlaqi pozuntulara qarşı etirazlar dəfələrlə təkrarlansa da, tənqidçilərin fikrincə, bu, istənilən nəticəni verməyib.
Britaniya polisinin sabiq zabiti Grupal deyir: "Bu böhrandır, Kimsə polis əməkdaşlarının qanun pozuntularına qarşı tədbir görəndə və ya bu cinayətlərin təqib edilməsini tələb edəndə onu cinayətkar kimi göstərib, istefaya məcbur edirlər".
Daha əvvəl Britaniya polisində xidmət edən polis məmuru və ABŞ-ın Londondakı səfirliyinin mühafizəçilərindən olan Wayne Couzens Sarah Everard adlı gənc bir qızı London küçələrindən birindən oğurlayıb cinsi təcavüzdən sonra onu öldürüb, cənazəsini yandırıb, qalıqlarını isə meşə parkında dəfn edilmişdir.
Bu britaniyalı polisin məhkəməsi zamanı məlum oldu ki, onun həmkarlarına və başqalarına qarşı qeyri-etik və seksual davranışları ilə bağlı bir neçə şikayət daxil olub, lakin onlara baxılmayıb. Bu məsələ cəmiyyət üzvlərinin, xüsusən də qadınların geniş etirazına səbəb oldu. Hansı ki, polis həbsləri ilə yatırıldı.
Daily Mirror qəzeti daha əvvəl yazmışdı: Son 4 ildə 39 bölmədə iki minə yaxın Britaniya polis məmuru və zabiti qadın və uşaqlara qarşı seksual xarakterli cinayətlərdə ittiham edilib.