Çin Mengtian tədqiqat modulunu işə salır
Çinin İnsanlı Kosmik Agentliyinin məlumatına görə, Çin hazırda tikilməkdə olan kosmik stansiyasının bir hissəsi olmaq üçün Mengtian adlı laboratoriya modulunu cənubdakı Haynan ada əyalətindəki kosmik stansiyasından orbitə buraxılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Çinin kosmik stansiyasını təşkil edəcək Menqtian adlı laboratoriya modulu cənubdakı Haynan ada əyalətindəki kosmik stansiyasından orbitə buraxıldı və əldə edilən məlumatlara görə, dəqiq şəkildə təyin olunmuş orbitə yerləşdirilib.
Kosmik ekspertlərindən biri deyir: "Menqtian Laboratoriya Modulu Çinin indiyədək kosmosa göndərdiyi ən ağır kosmik gəmidir. Raketin buraxılış vaxtı ilə planlaşdırılan alışma vaxtı arasındakı yayınma bir saniyədən çox deyil".
Çin Kosmik Gəmi Texnologiyaları Akademiyasındakı dizaynerlərinin dediyinə görə, onun müvəffəqiyyəti üçün çoxlu tədbirlər və saysız-hesabsız araşdırmalar aparılıb beləki, bu xüsusda 266 keyfiyyət identifikasiyası layihəsi və onun mərhələləri həyata keçirilib. Yerdən idarəetmə texnikləri ekipaj üzvləri ilə aktiv şəkildə əlaqə saxlayırlar ki, onların suallarını cavablandıra bilsinlər. Bütün mərhələlər dəqiq şəkildə irəliləyir.
Dəstək modulu fizika, materialşünaslıq və fundamental fizika üzrə elmi tədqiqatlar, mütaliə və testlərin aparılması üçün istifadə olunacaq.
Hazırda kosmik stansiyada üç astronavt yerləşdirilib və bu ilin sonuna qədər Çinin kosmik stansiyasının tikintisini başa çatdırmaq üçün yaxın aylarda onlara daha üç astronavt qoşulacaq.