Noy 06, 2022 19:55 Asia/Baku
  • İngiltərədə şəfqət işçiləri ümumölkə aksiyasına başlayıblar

İngiltərə şəfqət işçiləri birliyi bildiribdir ki, indiyədək üç yüzdən çox ingilis şəfqət işçisi tarixi bir hərəkətdə əmək haqqların yetərincə olmamasına görə, ümumölkə tətilinin lehinə səs veribdir.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə şəfqət işçiləri birliyi həmçinin bildiribdir ki, şəfqət işçilərinin ümumölkə tətili, maaşların, İngiltərədə 12,3 faiz olan hazırkı inflyasiya miqdarından beş faiz çox olmaqla artırılması məqsədilə həyata keçirilir.

Belə bir halda, İngiltərə hökuməti şəfqət işçilərinin illik əmək haqqı əsasının artım miqdarını dörd faiz təyin etmişdi.

İngiltərənin iqtisadi şəraiti bir neçə ardıcıl böhran nəticəsində ötən yarım əsrin ən pis şəraitində qərar tapıbdır.

 

Teqlər