Noy 12, 2022 12:52 Asia/Baku
  • “Bu heç də alçaldıcı qərar deyil”

Rusiya prezidentinin mətbuat katibi rus ordusunun Xersondan çıxarılmasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Kreml Rusiya Silahlı Qüvvələrinin Xersondan çıxarılmasını, eləcə də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə yerləşdirilməsini alçaldıcı hesab etmir.

“Komsomolskaya Pravda” qəzetinə verdiyi müsahaibədə belə bir bəyanatla bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Onun sözlərinə görə, Kreml qoşunların Dnepr çayının sol sahilinə köçürülməsinə mənfi reaksiya verən bəzi analitiklərin fikirlərini şərh etmək niyyətində deyil.

Kreml Xerson bölgəsindəki vəziyyətə dair suallarla bağlı Rusiya Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Teqlər