İspaniyanın Madrid şəhərində yüz minlərlə insan nümayiş keçirib
İspaniyanın paytaxtı Madriddə minlərlə insan Madrid regional hökumətinin ictimai səhiyyə layihəsinə qarşı yürüş keçirib.
SəhərAzəri- "Mehr" xəbər agentliyinin məlumatına görə, bazar günü minlərlə İspaniya səhiyyə işçisi və onların tərəfdarları hökumətin ictimai səhiyyə sektorundakı proqramlarına etiraz olaraq, "Madrid ictimai sağlamlığı üçün ayağa qalxır" şüarı ilə paytaxt Madriddə nümayiş keçiriblər.
Məlumata əsasən, bu nümayiş səhiyyə sektorunda fəaliyyət göstərən həmkarlar ittifaqı, solçu siyasi partiyalar və müxtəlif ictimai təbəqələrin dəvəti ilə keçirilib və iştirakçı sayının 650 mindən çox olduğu təxmin edilir.
Bu nümayişdə iştirak edənlər ilkin səhiyyə xidmətinin büdcəsinin artırılmasının və bu sahədə işçilərin sayının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Etirazçılar deyirlər ki, Madrid adambaşına ən yüksək illik gəlirə malik İspaniya bölgəsi olsa da, ilkin səhiyyə xidmətlərinə adambaşına ən az pul xərcləyir.
Madriddə hakim olan Xalq Partiyasının rəhbəri İzabel Ayuso səhiyyə sektorunda kadr çatışmazlığı olduğunu inkar edir və iddia edir ki, etirazlar və tətillər gələn il keçiriləcək bələdiyyə və regional seçkilər ərəfəsində solçu partiyalar tərəfindən təşkil edilir.
İspaniyada yayda inflyasiya səviyyəsi pik həddə, yəni təxminən 11 faiz çatdı, oktyabrda isə azalaraq 7 faiz oldu, bu statistikalar normadan xeyli yüksəkdir. Bu arada, avrozonada istehlak qiymətləri indeksi keçən ay görünməmiş bir şəkildə 10 faizi keçdi.