Noy 20, 2022 13:21 Asia/Baku
  • Mahathir Məhəmməd 53 ildən sonra məğlub oldu

Malayziyanın veteran lideri Mahathir Məhəmməd, nəhayət, 53 ildə ilk dəfə seçkilərdə məğlub oldu.

"İran Press" xəbər agentliyinin məlumatına görə, İyirmi ildən çox Malayziyanın baş naziri vəzifəsində çalışmış 97 yaşlı Mahathir Lanqkavi adası seçki dairəsində parlament kreslosunu qoruya bilməyib və beş bucaqlı mübarizədə dördüncü olub.

Yeri digər keçmiş baş nazir Mühyəddin Yasinin rəhbərlik etdiyi Perikatan alyansının namizədi Mohd Suheymi Abdullah qazanıb. 

Bu, Mahathirin 1969-cu ildən bəri ilk seçki məğlubiyyəti idi.

Mahathir korrupsiya iddialarına görə hazırkı Barisan Milli hökumətini devirməyə söz verən koalisiyaya rəhbərlik edir.

Mahathir bundan əvvəl bir müsahibədə, uduzacağı təqdirdə siyasətdən ayrılacağını söyləyib.

Teqlər